Damlanın göz yaşları sel oldu: “Gərək efirlərə çıxmazdım” – VİDEO

Baxış sayı: 
377

ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğəni Damla olub.
 
Publika.az xəbər verir ki, müğənni efirdə göz yaşları içərisində atasının ölümündən sonra konsert verməsindən danışıb:
 
“İçimdə qəribə bir fəryad var idi ki, hər şey siz düşündüyünüz kimi deyil. Mənim sahəm kənardan bəxtəvər sahəsi kimi görünür. Deyirsən, gülürsən, şənlənirsən... Amma insanlara onu izah edə bilmirdim ki, mən şənlənməyə getmirəm. Proqramda beh məsəli oldu. O məsələni o qədər böyütdülər ki, məni sanki xalq düşməninə çıxardılar. Bu addımı atmasaydım, mənə verilən o əmanət behlərin, öncədən planlanmış konsert salonlarının haqqını ödəməsəydim, gərək bundan sonra efirlərə çıxmazdım. Təzminatların da altından qalxa bilməzdim. Atam ürək çatızmazlığından əziyyət çəkirdi. Bütün ruhumuzla biz onun sağ qalması üçün çabaladıq. Yetərki 10 gün, 1 il artıq yaşasın. Amma təbii ki, qədəri yazan Allahdır”.
 
Damlanın bu sözlərindən kədərlənən Əli Mirəliyev də göz yaşlarına boğulub:
 
“Mənim də atam oxumağımı görmədi. Atam əziyyət çəkib, zəhmətkeş olub. 3 oğlu var idi. Məndən nəsə gözləyirdi. 14 yaşımda atam rəhmətə getdi, məcbur oldum ki, oxuyum. Çünki anamı işlıməyə qoymamışdı. Xaricə birinci dəfə gedəndə orda ingliscə deyildi ki, filankəs oxuyur. Aparıcı adımı çəkəndə dedim ki, ata adını, soyadını filan yerdə çəkdirirəm. Bu böyük fəxrdir”.
 

Загрузка...
Загрузка...