Damla ilə bağlı ŞOK İDDİA: eşq yaşadığı deyilən evli kişi “Porsche”sini əlindən alıb? - AÇIQLAMA

Baxış sayı: 
362
0  
0  

Sevgilisindən ayrılan müğənni Damlanın avtomobili əlindən alınıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı azxeber.com saytı yayıb.
Yazılanlara görə, Bakıda fəaliyyət göstərən məşhur mebel salonlarından birinin sahibi olan iş adamı Damla ilə ayrıldıqdan sonra ona verdiyi “Porsche” markalı avtomobili əlindən alıb. Müğənni bir müddət öncə həmin mebel salonun reklamlarına da çəkilib.
Qeyd edilir ki, müğənninin sevgili olduğu bu şəxs evlidir və övladı var. Həmin şəxsin adı və soyadı redaksiyamıza məlum olsa da, evli olmasını nəzərə alıb adını açıqlamırıq.
Məsələ ilə bağlı Damlanın prodüseri Publika.az-a açıqlama verərək yazılanların doğru olmadığını bildirib:
“Yayılan məlumatlar yalandır. Biz o xəbəri yazanla əlaqə saxlayıb soruşacağıq ki, bütün bunlar olanda o bizim yanımızda olub?”
Qeyd edək ki, bundan öncə də Damlanın narkoman olmağı ilə bağlı xəbərlər yayılmışdı.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...