​Damla canlı yayımda ismarış göndərdi: “...Elçilərini göndərsin" - FOTO/VİDEO

 
 
“Hər bir kişinin kriteriyaları var. Gələcəkdə hər şey ola bilər. Hal-hazırda sevgi yoxdur. Damla 70 faiz kriteriyama cavab verir. 30 faiz də tanımaq üçündür”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov ARB TV-nin “Günə son” proqramında Damlayla evlilik xəbərinə aydınlıq gətirərkən bildirib.
Müğənni həmçinin bildirib ki, hal-hazırda ciddi bir şey yoxdur. Ancaq gələcəyi bilmək olmaz.
“Əslində böyük danışmaq lazım deyil. Sabahki gün məsələmiz sevgi həddinə gələ bilər, mən utanaram dediyim sözdən. Hal-hazırda bəyəndiyim insandır. Bunu deyə bilərəm, amma sevgi desəm yalan olar. O, zövqlü xanımdır”.
Daha sonra proqrama telefon bağlantısı ilə qoşulan Damla, Elnarın yaxşı birisi olduğunu, ancaq evlilik fikirləşmədiyini bildirib:
“Elnarın deyəsən fikri qətidir. O zaman göndərsin elçilərini. Elə bir şey yoxdur, olsa da, Elnar pis oğlan deyil. Elnarın çox gözəl görüntüsü var, savadlı musiqiçi, yaxşı dostdur. Amma düşünmürəm evliliyi. Allah yazan qismətdən qaçmaq olmur. Nəsə deyə bilmərəm bu haqda. Elnarla təbii ki, ortalıqda hələ ki, heç nə yoxdur. Durum deyim ki, Elnarı bəyənmirəm, əsla”.
Damla, Elnarın “onu 70 faiz tanıyıram” fikrinə də cavab verib.
“O, 100 faiz də məni tanıyır. Amma konkret evlənirik deyə bir şey yoxdur. Ərə getsəm, o, gətirib barmağıma üzük taxsa, bütün Azərbaycan biləcək”.

Загрузка...
Загрузка...