Ədalət Şükürov: “Onu hansı uzunqulaq yazıb?”

 
Bu gün sosial şəbəkədə əməkdar artist Ədalət Şükürovun atasının rəhmətə getməsi ilə bağlı xəbər yayılıb.
 
Bu xəbərə əsəbiləşən əməkdar artist Teleqraf.com-a açıqlamasında atasının üç il əvvəl dünyasını dəyişdiyini deyib: “Atam üç ildir ki, rəhmətə gedib. Onu yazana ayıb olsun. Hansı uzunqulaq yazıb? Başqa heç nə deyə bilmərəm. Mənim bu gün iki yerdə konsertim olacaq. Bəlkə də onunla bağlı nə isə etməyə çalışıblar”.