Daha bir şad xəbər gəldi: Dollar ucuzlaşacaq

 
2017-ci ildə dolların kursu zəifləyəcək.
 
Axar.az xəbər verir ki, bu sözləri “Blomberq” agentliyinə müsahibəsində “Templeton, Emerging Market Qrup” investisiya fondunun rəhbəri Mark Mobius söyləyib. İqtisadçının fikrincə, buna səbəb Trampın müdafiə və infrastruktura xərclərini artırması olacaq:
 
“Əgər dollar zəifləsə, təəccüblənməyin. Tramp Amerika sənayesini inkişaf etdirmək istəyirsə, ona zəif dollar lazımdır”.
 
Qeyd edək ki, “Fitş” beynəlxalq reytinq agentliyi ötən gün Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. Agentliyin analitikləri 2016-2018-ci illərdə manatın dollara nisbətən məzənnəsinin 1,55-1,7 səviyyəsində dəyişəcəyini proqnozlaşdırır.

Загрузка...
Загрузка...