Daha bir ölkə AB-ni tərk edir?

Çexiyanın Avropa Birliyindən çıxması ilə bağlı referendum ölkənin maraqlarına cavab vermir.
 Axar.az xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Boquslav Sobotka bildirib.
 Sobotkanın fikrincə, hökumət tərəfindən keçən il qəbul edilmiş referendumlar haqqında qanun Avropa İttifaqından çıxmaq barədə referendum keçirilməsinə tətbiq oluna bilməz. Bu cür addımın pis iqtisadi nəticələri ola bilər, habelə Çexiyanın gələcəyinə təsir edər, başlıca olaraq gənclərin və peşəkarların ölkəni tərk etməsinə səbəb olar. Boquslav Sobotka, həmçinin ölkədə avro valyutanın qəbul edilməsini şərh edərək bildirib ki, bu məsələ qarşıdan gələn 5-10 ildə həll olunacaq.