Daha bir ölkə AB-dən imtina etdi

İsveçrə Avropa Birliyinə üzv olmaq fikrindən daşınıb.
Turaninfo.az Neuye Züşer Zeytunq-a istinadən xəbər verir ki, İsveçrə parlamentinin yuxarı palatası hələ 1992-ci ildən qaldırılan Avropa Birliyinə daxil olmaq iddiasına baxıb.
 Verilən məlumata görə, parlamentin 27 deputatı Avropa Birliyinə qoşulmağın əleyhinə, 13-ü isə lehinə səs verib.
 Xatırladaq ki, Böyük Britaniya iyunun 23-də AB-də qalıb-qalmamaqla bağlı referendum keçirəcək.