Daha bir erməni əsgəri öldürülüb

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin 20 yaşlı əsgəri Gevork Qareginoviç Gevorkyan aldığı güllə yarasından məhv olub.
Turaninfo.az “Ermənistan xəbərləri” portalının məlumatına istinadən xəbər verir ki, qondarma “DQR”in “Müdafiə Nazirliyi”nin məlumatına görə, hadisə qoşunların təmas xəttinin cənub istiqamətində bu səhər saat 9:50-də baş verib.