Dağıstanın yeni rəhbəri azərbaycanlıdır? - İddia

Baxış sayı: 
298
0  
0  

 
Ötən gün Dağıstan rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edilən Vladimir Əbdüləli oğlu Vasilyevin milli mənsubiyyəti diqqət mərkəzindədir.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vladimir Vasilyevin ögey qardaşı Kamil Hüseynov Dağıstanın Dərbənd şəhərində yaşayır.
 
Vladimir Vasilyev Əbdüləlinin Dərbənddə birinci nikahdan, Kamil isə ikinci nikahdan olan oğludur. Kamil Dərbənd şəhərində uzun illər elektrik işləyib, hazırda pensiyadadır.
 
İki qardaş arasında sıx münasibət olduğu və Vladimirin tez-tez qardaşına baş çəkməyə gəldiyi deyilir.
 
Vladimir Vasilyevin atasının qazax, anasının isə rus olduğu bildirilir. Ndelo.ru saytı isə yerli qohumlara istinadla iddia edib ki, Dağıstanın yeni rəhbəri milliyyətcə qazax yox, azərbaycanlıdır.
 
Rusiya Prezidenti Vladimir Putin Vladimir Vasilyevi bu vəzifəyə təyin edərkən onun federal təcrübəyə sahib olduğuna işarə vurub: "Mən çox istərdim ki, Dağıstana federal iş təcrübəsinə sahib, federal miqyasa uyğun gələn siyasətçi rəhbərlik eləsin. Mən sizdən gələn ilin sentyabrına qədər Dağıstana rəhbərlik eləməyi xahiş edirəm. Bundan sonrası sizin özünüzdən və baş verənlərdən asılı olacaq".
 
Müəllif: Mahir

Загрузка...
Загрузка...