“Dafna layihəsi” və ya qızıl pasportlarin adası Malta

 
Avropa Birliyinin korrupsiya cənnəti bir çox qaranlıq şəxslərin, əməllərin, beynəlxalq qalmaqalların məskəninə çevrilib
 
Malta dünyanın ən sirli və mistik ada dövlətlərindən biridir. Son dövrlərdə isə Aralıq dənizinin bu gözəl guşəsinin adı öz ölkələrindəki korrupsiya sistemi sayəsində qazanan varlıların pullarını gizlətdiyi, neft qaçaqmalçılığının mərkəzi, siyasi qətllərin törədildiyi yer olaraq anılır.
 
“1 milyon dollardan yuxarı pul ödəməklə burada vətəndaşlıq almaq mümkündür. Bundan sonra isə Avropa Birliyinin qapıları sənin üzünə taybatay açılır. Bu, həm bəzi mübhəm şəxsləri sanksyalardan qaçmağa, həm də onlar üçün vergi cənnətində kef etməyə imkan verir”, - Fransanın “Le Monde” qəzetindən Jan Batist Şastan və Anna Mişel yazır.
 
Müəlliflər Malta adasının faydalarından yaralanan rus oliqraxları barədə xüsusi yazı həsr ediblər.
 
Musavat.com həmin yazını təqim edir.
 
“Keçən ilin oktyabrın 16-da öldürülən jurnalist Dafna Karuana Qalisiya Maltanın Leyborist hökuməti tərəfindən 2013-cü ildə qəbul olunan, vətəndaş pasportlarının verilməsi proqramı ilə bağlı fırıldaqların üstünü açmışdı. Bu layihə ilkin olaraq xarici kapitalın cəlb olunmasına, habelə ada iqtisadiyyatının yüksək inkişaf tempində saxlanmasına hesablanmışdı. Lakin sonradan işlər tamamilə ayrı istiqamət almağa başlayıb.
 
Proqramla bağlı skandal faktların üstünü açan jurnalistlərin başına isə senzura və hədələrdən tutmuş, hətta qətllərə qədər gəlməyən qalmayıb.
 
Adada xüsusilə rus multimilyonçuların, özü də olduqca qaranlıq şəxslərin çoxluğu diqqət cəlb edir. Vətəndaşlıq sayəsində onlar beynəlxalq sanksiyalardan yaxa qurtara bilirlər.
 
Malta 2004-cü ildən Avropa Birliyinin üzvüdür. Avropa Birliyi isə Maltaya vətəndaşlıq verdiyi şəxslərin ən azı 1 il fasiləsiz olaraq adada yaşamalarını tələb edir. Lakin araşdırmalara görə, rus iş adamları həmin qaydaya heç də əməl etmirlər. Bütün bunlara isə Mlata hökuməti göz yumur”, - məqalədə yazılıb.
 
“San-Qavanna Maltanın şimal şərqində, paytaxt Valettadan 8 km aralıda yerləşən rezident rayonudur. Burada poçt yeşiklərinin üstündə müxtəlif rus zənginlərinin adlarına rast gəlmək olar. Bunlardan biri də Rusiyada “Sportmaster” mağazalar şəbəkəsinin sahibi Dmitri Doyxendir.
 
Dmitri Doyxenin həmkarı və ortağı, 240 milyon dollarlıq sərvətin sahibi Vladimir Fartuşnyak 2016-cı ildən maltalı sayılır. Lakin onu Sent- Culiansdakı mənzilində hələ görən olmayıb.
 
İnternet dünyasının populyar axtarış operatorlarından sayılan “Yandex”in sahibi Arkadi Voloj isə az qala bütün nəsli üçün Malta pasportu alıb. Lakin onun burada izini-tozunu tapan yoxdur”, - müəlliflər qeyd edirlər.
 
Rusiya vətəndaşı, San Qavanna rayonunda “İnvest” immiqrasiya agentliyinin sahibi Valentina Sammut da rus milyenerlərin əsas məqsədinin Avropa Birliyinə bu yolla girməkdən ibarət olduğunu deyir:
 
“Bir çoxları mənzil alır, ailələri ilə burada 1-2 həftə yaşadıqdan sonra geri dönürlər. Əksəriyyət olduqca varlı adamlardır. Onların bir çoxu burada vergidən yayınmaq üçün gəlib. Maltada onlar sadəcə 5% vergi ödəyirlər”.
 
Yazıda Arkadi Voloj, Boris Mints və Aleksandr Nesis kimi milyoner iş adamlarının ABŞ Maliyyə Nazirliyinin yanvar ayında elan olunan sanksiya siyahısındayer aldığı, lakin aprel ayındakı sanksiya siyahısında isə onarın “qara siyahı”dan çıxdığı bildirilir.
 
Maltanın “Yaşıllar “parityasının rəhbəri Arnold Kassolanın sözlərinə görə, bu proqram Malta əxlaqının probleminin simvolik ifadəsidir. “Burada bir fəlsəfə var – pul verirsənsə, problem yoxdur. Qapılar sənin üzünə açıqdır. Heç səndən bu pulları harda qazandığını soruşan da olmur. Avropa Birliyi buna görə böyük məsuliyyət daşıyır”.
 
2017-ci ilin mayında isə jurnalist Dafna Karuana Qalisiya tərəfindən Malta hakimiyyət orqanlarının korrupsiya əməllərini ifşa edən məqalə dərc olunur. Məqalədə Maltanın baş nazirinin dəftərxana rəisi Kit Şembrinin pasportların satışı üzrə böyük bir kontorun sahibindən 100 min avro rüşvət aldığı göstərilmişdi. Məqalədə bu pulların komissiyaları ilə birlikdə 3 rus iş adamı tərəfindən ödənildiyi ortaya çıxmışdı....
 
Musavat.com

Загрузка...
Загрузка...