​“Cürətləri çatır qazın qiyməti əvəzinə Şuşada bayrağımızı qaldırsınlar”

 
 
"Mən xəcalət çəkirəm ki, ürəyim istəyən kimi ailəmə, balalarıma baxa bilmirəm"
Bu sözləri bahalaşmaya etiraz olaraq vətəndaş söyləyib. O, milləti başa düşün deyərək etiraz edib: "Az TV bütün günü "biz belə inkişaf edirik, bizim hər şeyimiz var, Ermənistan acından ölür",- deyir. Sən öz millətivin dərdinə qal ki, kasıb təbəqəyik. Biz olmasaq nə olacaq? Qarabağda vuruşanlar kimdir? Kasıb təbəqədirdə. Bəlkə düz deyil? Heç olmasa bunlara yaxşı baxında. Mən nəyə görə qızım, oğlum nəsə istəyəndə gələn dəfə, gələn dəfə deməliyəm? Mən heç vaxt yalan danışmamışam axı. Nətər başa salım ki, qiymət qalxıb, mən işləyə bilmirəm? "
 
Turaninfo.az Azadliq.org-a istinadən vətəndaşın bahalaşma ilə bağlı etirazını təqdim edir:

Загрузка...
Загрузка...