Cümhuriyyət ordusunun ilk marşının sözləri– “Qardaşımı qurtarmaya, Türküstana gediyorum”

Baxış sayı: 
195

 
 
 
Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyidir. Moderator.az bu istiqamətdə silsilə yazılarını davam etdirir.
 
Cümhuriyyətin ən çox diqqət ayırdığı sahə təbii ki, ordu quruculuğu olub. Hərb tariximizin ilk marşı da məhz Cümhuriyyət dövrünə təsadüf edir.   Marşın sözlərinin müəllifi də sizcə kim ola bilərdi? – Əlbəttə ki, Əhməd Cavad!
 
O, 1918-ci il 12 haziran (iyun ayının 12) tarixində Gəncədə qələmə alındığını qeyd edən Əhməd Cavad yazır: “Bu marş Qafqaz İslam Ordusu komandanı Nuru Paşa həzrətlərinin arzusuna müvafiq Azərbaycan Türk Ordusu üçün söylədim. Fəqət, hələlik bəstələnmədiyinə görə, nasıl çaxmağı bəlli deyil”.
 
Millətimin tarixinə,
Şan və şərəf əkməliyəm.
Şu qarşıda yad qanıyla
Bir al bayraq tikməliyəm. 
 
Düşmənlərə göstərdim ki,  
Mənim kimi əsgəri yox.
 
Mənim fateh Orxan-zatım,
Dünyanın heç yerində yox.   
 
İsmarladım nişanlıma
Mən Turana gediyorum.
Qardaşımı qurtarmaya,
Türküstana gediyorum. 
 
Şu bayrağa xain baxan,
Xain gözə bir tikanam.
Ölürəmsə, kölgəsində
Halal olsun ona qanım.
 
  Şəhid olsam, dost elində,
Mənə məzar qazılmasın.
Qazanarsam əsir adı
Xaqanıma yazılmasın.
 
QEYD: Marşın mətnini ilk dəfə “Şərq” qəzetinin baş redaktoru, tanınmış araşdırmaçı Akif Aşırlı aşkarlayıb. O, bu mükəmməl əsəri 1918-ci ildə işıq üzü görmüş “Gənclər yurdu” qəzetinin səhifələrində arasında aşkarlayıb. Qeyd edək ki, Akif müəllimin bu dəyərli işi mətbuatda və ziyalı mühitində rezonans yaratmışdı.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...