“Cümhuriyyət hökumətinin Çəmənzəminliyə yolladığı 8000 min pul ona niyə çatmır” - TARİX

Baxış sayı: 
160

 
 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə yenə də Cümhuriyyətin baş naziri, həyatı müəmmalarla dolu olan Nəsib bəy haqqında danışacağıq.
 
 
Bu dəfə isə  Nəsib bəyin baş nazir olduğu vaxt Azərbaycanın böyük yazıçılarından olan Yusif Vəzir Çəmənzəminli ilə əlaqələrindən söhbət açılacaq. Həmin əlaqələrin kökündə o dövrün ziyalısının ürək ağrıları və çətin həyat tərzi əks olunub. Təsəvvür edin ki, Nəsib bəy baş nazir ola-ola yaşamaq üçün atasından borc pul istəyir. Bu tərəfdən də Cümhuriyyətin Ukraynadakı diplomatik nümayəndəsi olan Yusif Vəzir Çəmənzəminli oradakı həmvətənlərinin ağır həyat şəraitini Nəsib bəyə çatdırır və ondan , Azərbaycan dövlətindən bir kömək istəyir. Ən maraqlı məqam isə budur ki, həmin vaxt səfir olmasına baxmayaraq Yusif Vəzirin özü də məvacib almırdı. Kirayə qaldığı evin pulunu belə zorən ödəyirdi.
 
Yusif Vəzirə tapşırılan əsas missiya Ukrayna ilə Azərbaycan arasında münasibətləri bərpa etmək və Azərbaycan tarixini ədəbiyyatını mədəniyyətini orda təbliğ etmək idi. Yusif Vəzir işə çox həvəslə başlayır. Simferopolda olarkən səfir təyin edilir. Səfir təyin olunması barədə etimadnamə ona gedib çatmır. Çünki xarici işlər nazirliyinin diplomatik kuryeri etimadnamə ilə birgə 8000 manat pulu səhvən Kiyevə aparır. Yollar və Kiyevdəki vəziyyət təhlükəli olduğundan işin arxasınca getmirlər. Yusif Vəzir mədəniyyətin və ədəbiyyatın təbliğində aktiv fəaliyyətə başlasa da bəzi çətinliklər ev və maliyyə problemi onun işini çətinə salır. Qeyd edək ki hökumət diplomatik nümayəndə kimi ona maaş təyin etməmişdi. Buna görə də Yusif Vəzir hətta kirayə qaldığı evin pulunu belə verə bilmirdi. Bu haqda o, Cümhuriyyətin Xarici işlər nazirliyində Odessadan göndərdiyi məktubunda yazırdı:
Yazdığı məktubda səfir olmasına baxmayaraq  Yusif Vəzirin acınacaqlı yaşayışını həmən hiss etmək olar. Ən çətin məsələ bundadır ki, orada yaşayan həmyerliləri də Yusif Vəzirdən kömək istəyirdilər. Hər bir sahədə hətta ticarət etdikləri məhsulların Bakıya gətirilməsini belə ondan tələb edirlər. Odessada o zaman başlanana hərc-mərclik Yusif Vəzirin Bakıya qayıtmasını labüdləşdirir. Yusif Vəzir şəhərdəki vəziyyət Bakı hökumətinə göndərdiyi məktubda bu cür izah edir:  “
Yusif Vəzir Bakıya çox çətinliklə qayıdır. “Boris” adlı bolqar gəmisi ilə əvvəlcə İstanbula sonra isə vətənə qayıdır. İstanbulda olarkən oradakı azərbaycanlıların ağır yaşayışı onu qayğılandırır. Bakıya dönən kimi həmən Demokratik Cümhuriyyətin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin qəbulunda olur. İstanbuldakı Azərbaycan qaçqınlarının məşəqqətli həyatı , onların viza problemləri barədə Nəsib bəyə danışır. Sonda isə İstanbulda Azərbaycan səfirliyinin açılmasını təklif edir.
Görüşdən həmən sonra Çəmənzəminli  “Azərbaycan” qəzetində “Xarici siyasətimiz” adlı məqalə yazır. Həmin məqalədən bir neçə sitatı sizlərə təqdim edirik:
Çəmənzəminli bu dəlillərini Nəsib bəyin qəbulunda bir daha səsləndirir. Həm də Maarif naziri olan Nəsib bəyə maarifin inkişafı və azərbaycanlı tələbələrin təhsili üçün İstanbulun çox əlverişli bir yer olmasını çatdırır.  Nəhayət Nəsib bəy 1919-cu ilin payızında Nazirlər Şurasının sədri kimi  demokratik Respublikanın İstanbulda səfirliyinin açılması barədə qərar e verir. Səfirin kim olması barədə isə onun öz namizədi var idi - Yusif Vəzirov. Nəsib bəyin bu təklifi kimsə tərəfindən etirazla qarşılanmır. Beləliklə, həm təhsil, həm siyasət həm də iqtisadiyyat baxımından gənc Azərbaycan üçün çox əhəmiyyətli  işlər görəcək bir insan öz missiyasına başlayır.
Həmin vaxt Yusif Vəzirin cəmi 32 yaşı var idi...
 
Elmin  Nuri

Загрузка...
Загрузка...