“Cümhuriyyət dövrünün ab-havasını çatdıran əsərlər yaranmayıb”

 
 
 
 
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 10 aydan da az vaxt  qalıb.  Dövlət səviyyəsində keçiriləcək yubiley istiqamətdə müəyyən işlərə də başlanılıb. Həmçinin, araşdırmaçılarla yanaşı, ədəbi və mədəni simalar da bu möhtəşəm tariximizin 100 illik yubileyinə biganə qalmamağa çalışırlar.
Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olduğu 1918-20-ci illərdə də müxtəlif janrlarda xeyli sayda ədəbi nümunələr yarandı. Doğrudur, böyük nəsrimiz roman, povest baxımından məhsuldarlığı ilə seçilməsə də, poeziya v ə dramaturgiyada möhtəşəm əsərlər yarandı.
 
AXC-nin 100 illiyi ilə əlaqədar olaraq, o dövrdə yaranan, yaxud, AXC-dən bəhs edən, ümumilikdə, daha sonra yazılmasına baxmayaraq, Cümhuriyyətdən bəhs edən hansı əsərləri xarici dillərə çevirməliyik?
 
Yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı Moderator.az-a açıqlamasında təəssüflə, Cümhuriyyətlə bağlı əsərlərin o qədər də çox olmadığını bildirir:
 
“Təəssüf ki, o dövrü işıqlandıran bədii əsərlərimiz azdı. "Əli və Nino" romanını çıxmaq şərtilə, hələ o dövrün ab-havasını çatdıran əsərlər yaranmayıb. Mən "Qurban" romanımın çevrilməsini istərdim. Romanda müstəqillik illərimiz və sonralar baş verən hadisələr əks olunub”.
 
Nəriman Əbdürrəhmanlı həmçinin AXC dövründə yaşayıb-yaradan aşağıdakı ədəbi xadimlərin mütləq xarici dillərə çevirməli olduğumuzu bildirib:
 
“Cəfər Cabbarlının, Yusif Vəzir Çəmənzəminlinin, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərini tərcümə etdirmək ədəbiyyatımıza xidmət olardı”.
 
Elmin

Загрузка...
Загрузка...