“Cümhuriyet” qəzetinin baş direktoru tutuldu

 
 
Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru Akın Atalay tutulub.
 
Turaninfo.az "Haber-7"yə istinadən xəbər verir ki, son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdan zaman İstanbulun hava limanında saxlanılıb.
 
Polis onun hava limanını tərk etməsinə imkan verməyib.
 
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı") və Fətulahçı Terror Təşkilatı (FETÖ) ) terrorçu qruplaşmaları ilə əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ttiham olunurlar.
 
"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.