“Çukur”un aktyoru SEVGİLİSİNİ ona qısqandı - AYRILDILAR

Son zamanlar oynadığı seriallardakı performansı ilə diqqət mərkəzində olan türkiyəli aktyor Aras Bulut İynemli sevgilisi Bige Önalla ayrılıb.
Publika.az xəbər verir ki, cütlüyün üç illik münasibətinə son qoymasının səbəbi isə aktrisanın “Martılar efendisi” filmindəki öpüşmə səhnəsidir. Belə ki, Bige ekran işində Mehmet Günsürle rol alıb. Sevgilisini Mehmetdən qısqanan Aras isə ondan ayrılmaq qərarına gəlib.
 
 
Qeyd edək ki, Aras Bulut hazırda “Çukur” serialında rol alır. Onun televiziyaya gəlişi isə “Öyle bir geçer zaman ki” serialındakı “Mete” obrazı ilə olub.
 
 
Pərviz Hüseyn

Загрузка...
Загрузка...