​Cüdoçumuz erməniyə qalib gəlib, çempion oldu

 
 
Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, mötəbər turnirin ikinci günü də cüdoçularımız üçün uğurlu olub.
 
100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib.
 
Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb.
 
Beləliklə Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Hollandiya millisi 2-ci, Rusiya komandası isə 3-cü olub.
 
Cebhe.info
 

Загрузка...
Загрузка...