​“Cərimə hesabına ədəbi dil normalarını qorumaq mümkün deyil”

Baxış sayı: 
186
0  
0  

 
 
Elçin Şıxlı: “Bu, hansısa dəyəri yandırıb sonra onun külü ilə oynamağa bənzəyir”
 
Bu günlərdə Mətbuat Şurası KİV-də ədəbi dilin qorunmasının zəruriliyi məsələsini gündəmə gətirərək bu problemin həlli üçün konkret addımlar atmağın vacibliyini vurğulayıb. Mətbuat Şurasının sədri qeyd edib ki, ədəbi dilin normalaırnı pozan media orqanlarına qarşı cərimələr tətbiq edilə bilər. Hansı ki, belə bir təcrübə Fransada mövcuddur.
 
Maraqlıdır, ədəbi dilin normalarını cərimələr hesabına qorumaq mümkündürmü? Problemin cərimələr hesabına həll olunacağı nə dərəcədə inandırıcıdır?
 
Moderator.az -a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı problemin cərimə yolu ilə həllini mümkün hesab etmədiyini söylədi:
 
“Quyunun dibinə su tökməklə, quyuda su əmələ gələn deyil. Mən Fransada belə bir qanunun mövcud olub-olmadığını bilmirəm. Lakin mənə bi şey maraqlıdır. Niyə bizimkilər fransızların yaxşı şeylərini qoyub ancaq pis şeylərini götürür? Bu, hansısa dəyəri yandırıb sonra onun külü ilə oynamağa bənzəyir. Problemi kökünən həll etmək lazımır.
 
Məsələnin digər tərəfi də var. Cərimələr bağlı qərarı kim verəcək? Ədəbi dilin normasının pozulmasını kim müəyyənləşdirəcək? Bunun üçün məhkəmə lazımdır. Mətbuat Şurasının bunu etməyə haqqı çatmır. Bunun üçün gərək xüsusi məhkəmə olsun.
 
Mətbuata sərbəstlik vermək lazımdır. Kim normal KİV kimi gözəl, səlis Azərbaycan dilində fəaliyyət göstərəcəksə, onlar da ortalıqda qalacaq. Qalanları ələnib gedəcək. Cərimə ilə nəticə əldə etmək mümkün deyil”.

Загрузка...
Загрузка...