​Çox su içdiyi üçün az qala, öləcəkdi- TƏHLÜKƏ

 
 
 
58 yaşlı Türkiyə vətəndaşı Özcan Gümrük qeyri-adi bir diaqnozla- gün ərzində qədərindən artıq su içdiyi üçün halı pisləşdiyindən reanimasiyaya yerləşdirilib.
 
Moderator.az xəbər verir ki, böyrəklərinin  75 faizi işləməyən Özcana həkimlər gün ərzində xeyli su içməsini məsləhət görüblər. O da 12 gün müddətində gündə ən azı 4 litr su içib.
Nəticədə şüurunda, sinirlərində və hərəkətlərində çox ciddi problem yarandığı üçün təcili xəstəxanaya yerləşdirilib. Böyrək çatışmazlığı və diabetdən əziyyət çəkən vətəndaşın bol su içməsi səbəbindən orqanizmdəki bəzi funksiyaların hansı səbəbdən  dayanması hələ də aydın deyil. Çünki tibbi  qaydalara görə, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr gün ərzində 5-6 litr su içdikdə bir litrdən az sidik idrar edərsə, onlarda bu problemlər yarana bilər.
 
Özcan Gümrükdə isə bu problem yaşanmayıb. Bu zaman yeni bir iddia ortaya çıxır: demək, dietik rejimdən istifadə edən insanlardan tutmuş, suya çox önəm verən kəslərə qədər-hamı orqanizmin tələbatını nəzərə alaraq sudan yararlanmalıdır.
 
Qeyd edək ki, bu proseduru pozduğu sanılan Gümrük ölümün bir addımlığından həyata geri dönüb.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...