"Çox böyük qələt eləyib, başını da daşa döyüb" - QAT sədri Eynulla Fətullayevə...

 
 
Haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin erməni jurnalist Suzan Caqinyanı işlə təmin etməsi bir çox adamın qəzəbinə səbəb olub
 
Turaninfo.Az bakipost.az-a istinadən xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məsələ ilə bağlı bəyanatla çıxış edib.
 
O, S. Caqinyanın göndərilməsi üçün E. Fətullayevə 2 gün vaxt verdiyini deyib: "İndicə oxudum ki, Eynulla Fətullayev "məşhur erməni jurnalisti "Suzan Caqinyanı redaksiyasında işə götürüb və sübut eləməyə çalışır ki, guya çox böyük iş görüb. Əslində çox böyük qələt eləyib, başını da daşa döyüb. Eynulla Mircəfər Bağırovdan ağıllı və hökmlü olacaqmı ki, ermənini yanında saxlasın, ondan istifadə etsin. O olayı hamınız bilirsiniz. Eynulla ermənilərə qucaq açır, çünki ozü də erməni kimi bir şeydir. Eynullaya sözümüz qısadır: erməni qancığını rədd edirsən gedir. Sənə 2 gün vaxt veririk. İstəsən, özün də onun dalınca rədd olub gedə bilərsən”.

Загрузка...
Загрузка...