​Çovdarova “peredaça”, Abramyana yaxınlıq: gömrük vergiyə birləşir, Əbülfəz Məlikov erası bitir…

Baxış sayı: 
220

 
Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsinə hazırlıq gedir.
Siam.Az-ın xəbərinə görə, bu istiqamətdə müzakirələr aparılır. Millət vəkilləri də belə bir struktur islahatına zərurət olduğunu qeyd edirlər.
Hökumətin yeni idarəçilik sistemində sözügedən iki qurumu birləşdirəcəyi gözləniləndir.
Artıq prezidentə nazirliklə komitənin birləşdirilməsi barədə layihə təqdim olunacaq və struktur dəyişikliyinin iqtisadi amilləri əsaslandırılacaq.
Bu dəyişiklik sahibkarların da ürəyincədir. Çünki gömrük komitəsi və onun inhisarçı brokerləri iş adamlarının “dərisinə saman təpirlər”.
Xəbərə görə, gömrük komitəsi ilə nazirliyin birləşdirilməsi prosesində “Broker” MMC-nin ləğvi gerçəkləşəcək.
Bu şirkətin rəhbəri Əbülfəz Məlikovdur. Sahibkarlar onun əlindən”qan ağlayır”. Dövlət başçısına “Broker” MMC haqqında saysız-hesabsız şikayətlər göndərilir.
İş adamları prezidentdən Ə.Məlikovun gömrükdə Çovdarovluq etməsinə son qoyulmasını istəyirlər.
Çünki ölkə başçısının sahibkarlığın inkişafı haqda fərmanlarını birbaşa Ə.Məlikov saymır, əksinə hərəkət edir.
*
Siam.Az yazır ki, Ə.Məlikovun adı təkcə inhisarçılıqda, sahibkarların başına oyun açmaqda, milyonları mənimsəməkdə hallanmayıb.
Onun monopolist fəaliyyətindən əlavə MTN işində də adı keçib. General Akif Çovdarov aclıq elan etməzdən əvvəl onun saxlanıldığı BİT-ə “peredaça” göndərənlər də olub.
Mediada yayılan ilginc məlumatlara görə, belə şəxslərdən biri də Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirən və gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymaqla məşğul olan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov olub.
İddialara görə, Ə.Məlikovun MTN çetesi ifşa olunmazdan əvvəl A.Çovdarovla yaxın münasibətləri olub. Bu haqda musavat.com yazmışdı.
Onun “çətiri”ndən istifadə etməklə rəhbərlik etdiyi MMC-də illərlə baş verən qanunsuzluqların araşdırılmamasına nail ola bilib. Ə.Məlikovun rəhbərlik etdiyi MMC-nin fəaliyyəti haqda xəbərlər isə həmişə neqativ olub.
Yerli, hətta xarici iş adamlarının Azərbaycanın gömrük-keçid məntəqələrində bu MMC əməkdaşlarının soyğunçuluğu ilə üzləşməsi yeni fakt deyil.
Bu reketçiliyin 20 ilə yaxınlaşan tarixi var. Bu tarixin 5-6 ili məhz Ə.Məlikovun MMC-sinin fəaliyyəti dövrünə təsadüf edir.
Siam.Az xəbər verir ki, “Trans Broker” MMC kimi qeydiyyatdan keçən qurum illərlə iş adamlarının kabusuna çevrilib.
Dövlət Gömrük Komitəsinin 2700 nəfər əməkdaşı olduğu halda, Əbülfəz Məlikovun “Trans Broker”ində 5 min nəfər çalışır.
Brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub.
Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axıb. Buna görə brokerlərin hər birinə Ə.Məlikov 3-5 min manat “paket” maaş verir.
Ona görə də komitə ilə nazirliyin birləşməsi sahibkarlar üçün toy-bayram olar. Onlar prezidentdən xahiş edirlər ki, bu islahata gedilsin və Ə.Məlikovun əl-qolu bağlansın. Əks təqdirdə heç bir inkişafdan söhbət gedə bilməz.
Siam.Az xəbər verir ki, mətbuatda A.Çovdarovun “qeyri-rəsmi milyarder” kimi tanınan Ə.Məlikova çox maraqlı bir sirrini xatırlatmasının təfərrüatı yer alıb.
Belə ki, sovet dönəmində Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazası fəaliyyət göstərirmiş. Həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub.
İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş. Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı.
Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi.
Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirmiş.
Sonra dostluq qohumluğa və böyük bir işbirliyinə çevrilib. Mediada gedən yazılarda belə deyilir.
Hətta Rena Ovanesyan dönüb Rena Məlikova olub. Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayırlar. Olsun. Onsuz da Azərbaycanda 30 min erməni əsilli gəlin yaşayır. Rena da olsun otuz min birinci.
Hətta Rena Ovanesyanın 2 oğul anası olması da məlumdur. Bunu da haradasa qəbul etmək olar. Baxmayaraq ki, ermənilərlə hazırda müharibə vəziyyətindəyik.
Bu yaxınlarda bir həmyerlimiz Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla tanış olur.
Söhbət Azərbaycandan düşəndə Ara deyir ki, mənim bacım Raisa Ovanesyan, onun qızı Rena da Bakıda yaşayırlar, kürəkənim də azərbaycanlıdır.
Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəm Bakıda nazirdir. Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir.

Загрузка...
Загрузка...