Çovdarov güllələndi: DİN məlumat yaydı - Foto/Yeniləndi

 
00:44
 
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.
 
Report xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.
 
Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.
 
Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.
 
Məlumata görə, deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.
 
Hadisəni törədənlər haqqında məlumat verilmir.
 
Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.
 
Gürcüstan DİN faktla bağlı araşdırma aparılır.
 
***
 
09:21
 
Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində daha bir nəfərin yaralandığı məlum olub.
 
Hadisə zamanı kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən güllə yarası alıb.
 
Hazırda Ceyhun Çovdarov, qayınatası Azad Çobanov, digər kənd sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov Marneulidəki xəstəxanadadırlar. Vəziyyəti nisbətən yaxşı olan Anar Məmişov xəstəxanadan evə buraxılıb. Digər yaralıların da vəziyyəti qənaətbəxş qiymətləndirilir.
 
Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib.
 
***
 
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.
 
Marneuli xəstəxanasından yaralıların vəziyyətinin stabil olduğu bildirilib. Onların Tbilisi xəstəxanasına aparılmasına ehtiyac yaranmadığı qeyd olunub.
 
Dünən gecə saatlarında xəstəxanaya baş çəkmiş səhiyyə naziri David Sergeenko insident zamanı daha bir nəfərin yaralandığını bildirib. Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər./APA/

Загрузка...
Загрузка...