​Çörəyin içindən pas çıxdı- Nazirlik işə qarışdı+FOTO

"Baker" çörək zavodunun istehsalı olan çörəyin paslı çıxması ilə bağlı məsələ araşdırılmalıdır".
 
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilib.
 
Məlumatda qeyd edilib ki, çörəyin paslıvə kiflənmiş olması ilə əlaqədar olaraq istehlakçı şəxsən İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə müraciət etməlidir və onun haradan hansı tarixdə alındığı araşdırılmalıdır.
 
"Məsələ ilə bağlı hər bir istehlakçı onların hüquqlarının müdafiəsi üçün yaradılmış bir sıra imkanlardan istifadə edə bilərlər. Onlar İqtisadiyyat və Sənayə Nazirliyinin 195-2 çağrı mərkəzinə istehlakçı qarşılaşdığı problemlə bağlı müraciətini çatdıra bilər. Həmçinin, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qaynarxətti 498 15 01, 498 15 04 əlaqə vasitələrinə çörəyin keyfiyyətsizi olması ilə bağlı şikayət edə bilərlər".
 
Qeyd edək ki dünən sosial şəbəkələrdə "Baker" çörək zavodunun istehsalı olan çörəyin içərisinin paslı çıxması ilə bağlı məlumat yayılıb. Belə ki, ötən gün mağazadan çörək alan alıcı evdə çörəyin içərisinin kifləndiyini və pas rəngində olduğunu görüb. Çörəyin üzərində istehsal tarixi 24 avqust göstərilib. (Sonxeber.az)
 
Çörəyin içindən pas çıxdı-