Çörəyin bahalaşması siyasi oyun imiş - Şok

 
 
Hakimiyyət referendum ərəfəsində çörəyin qiymətini yenidən endirəcək
 
Bu günlərdə Politika.Az-a çörəyin qiymətinin 10 qəpik miqdarında bahalaşmasının əsl səbəbi ilə bağlı ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, çörəyin süni surətdə bahalaşmasna səbəb konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendum olub. Belə ki, hakimiyyət ideoloqları referendum öncəsi xalqın əsas hissəsinin dəstəyini almaq məqsədi ilə çörəyin qiymətini bahalaşdırmaq və ardınca referenduma bir neçə gün qalmış çörəyin qiymətini ucuzlaşdırmaqla xalqı “hakimiyyətin humanistliyi” faktı ilə üz-üzə qoymaq niyyətindədirlər. Iqtidar başbilənləri hesab edir ki, referendum ərəfəsində çörəyin qiymətini yenidən 10 qəpik ucuzlaşdırmaqla keçici də olsa xalqın rəğbətini qazana bilərlər ki, bu da referendum sınağından üzüağ çıxmaq, konstitusiya dəyişikliklərinə nail olmaq üçün yetərlidir.
Məlumat üçün qeyd edək ki, son iki gündür ki, çörəyin qiyməti 10 qəpik miqdarında bahalaşdırılsa da, hələ də bu bahalığın hansı zərurətdən irəli gəldiyi ictimaiyyətə elan edilməyib.