​Çörəyi necə sevməmək və ondan necə imtina etmək olar?

 
 
Ətirli, dadlı çörəkdən kim imtina edə bilər?
 
Qaynarinfo.Az saqlamheyat.az-a istinadən bildirir ki, maya - sanki "Troyan atıdır". Orqanizmə daxil olduqda maya sağlamlıq üçün zərərli, ağlagəlməz proseslərə səbəb olur.
 
Söhbət kvas və pivənin hazırlandığı təbii mayadan deyil, qadınların bişintilərə əlavə etdiyi, xüsusilə təhlükəli olan quru mayadan gedir. Bu subtratlar həmçinin mağaza çörəyi və pivəsinin hazırlanmasında da istifadə olunur. Əlverişli və dadlı məhsul onun sağlamlıq üçün faydalı olduğu anlamına gəlmir. Təzə bişintilərlə birlikdə orqanizmə daxil olan maya göbələkləri mədə-bağırsağın faydalı mikroflorasını məhv edir. Məhz bu səbəbdən bir çox insan şirniyyat, pirojna və s. kimi bişintilər yedikdən sonra qarnında ağırlıq hiss edir. Çünki un məmulatları həzm üçün çox ağır qida olmaqla yanaşı ələlxüsus da tərkibində maya olduqda həzm sisteminin pozulmasına səbəb olur.
 
Çörəyi necə sevməmək və ondan necə imtina etmək olar? Bu məqalədən sonra,  bir də çörək yeməyəcəksiniz! Dəhşətli faktlar!
 
Maya daxil olduqdan sonra orqanizmdə baş verən fermentasiya (qıcqırma, mayalanma) prosesi bir sıra neqativ təsirlərə malikdir. Beyin və bədənin tez yorulması, immunitetin zəifləməsi, yuxunun pozulması, orqanizmin infeksiyalara zəif müqaviməti kimi hallar mayalı qida həvəskarları olan insanlarda müşahidə olunan əlamətlərdir. Alman alimləri hesab edirlər ki, qıcqırma prosesi orqanizmdə xərçəng hüceyrələrinin inkişafına təsir edə bilər. Keln Universitetinin professoru German Volf 37 ay ərzində vitro şəraitində maya göbələyi məhlulunda bədxassəli şişləri inkişaf etdirərək bu mülahizəni sübuta yetirib. Bir həftə ərzində şiş 3 dəfə çox böyüyüb, ancaq maya məhlulundan çıxardan kimi yox olub.
 
Maya fermentasiyası (qıcqırması) həqiqətən də qorxunc prosesdir. Bu hal orqanizmdə baş verdikdə diafraqma öz funksiyasını düzgün yerinə yetirə bilmir, məcburi pozisiya tutur və ağciyərlərin aşağı hissələri təzyiq altında qalır. Həzm sisteminin bütün orqanları izafi (həddindən artıq) qazların yaranması nəticəsində sıxılır, öd kisəsi formasını dəyişərək tez-tez öz yatağından çıxır. Qıcqırma həmçinin aşağı ətraflar, kiçik çanaq və baş nahiyələrində keyləşmə hallarının əmələ gəlməsinə də səbəb olur. Bu da nəticədə damarların varikoz genəlməsinə , trombların yaranmasına, trofik xoraların əmələ gəlməsinə və immunitetin zəifləməsinə gətirib çıxarır. Alimlər bu fikrə gəlirlər ki, mayadan həddindən artıq istifadə müxtəliv mənşəli şişlərin əmələ gəlməsinə və ümumi orqanizmin fəaliyyətində ciddi pozğunluqlara səbəb olur.
 
Çörəyi necə sevməmək və ondan necə imtina etmək olar? Bu məqalədən sonra,  bir də çörək yeməyəcəksiniz! Dəhşətli faktlar!
 
Sadəcə mayadan istifadəni məhdudlaşdırmaqla özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz. Orqanizmdə qıcqırma prosesi sizə heç bir fayda vermir və sizi maya göbələklərinin çoxalma plantasiyasına çevirir. Bişintilərdən, xüsusilə də təzə bişintilərdən, ucuz pivə və çaxırdan istifadəni azaldın və bunu özünüz üçün qayda kimi qəbul edin. Eyni zamanda bir çox bişinti reseptləri vardır ki, onların tərkibində mayadan istifadə olunmur, bu növ qidalara üsyünlük verməyə çalışın.

Загрузка...
Загрузка...