Çörək, metro, benzin, kafe… - Bahalaşmanın növbəti mərhələsi




“Yanvarın 1-dən nəqliyyatda, o cümlədən metroda gediş haqqının artması gözlənilir”.
 
Bunu Cebhe.info-ya iqtisadçı ekspert Natiq Cəfərli Tarif Şurasının qaz və elektrik enerjisi ilə bağlı qərarından sonra gözlənilən növbəti bahalaşmadan danışarkən deyib.
 
 
 
Onun sözlərinə görə, elektrik enerjisinin qiymətinin qalxması bəzi sahələrə, o cümlədən metrodakı gediş haqlarına təsirini göstərəcək: “Onsuz da metroda daşınma rəsmi şəxslərin söylədiyi kimi maya dəyəri çox yüksəkdir. Həm kənd təsərrüfatında, həm xidmət sahələrində - kiçik kafelərdə, restoranlarda , çorək və şirniyyat sexlərində, makaron, vermişil istehsal edən kiçik sexlərdə, eyni zamanda süd istehsal edən kiçik işlətmələrdə kifayət qədər qiymətlərə təsir edə biləcək artım olacaq. Qiymət artımı kifayət qədər əhalinin üzərinə yük qoyacaq”.
 
Ekspert növbəti ildə benzinin qiymətində də artım olacağını istisna etməyib. O deyib ki, onsuz da benzinlə bağlı ölkədə müəyyən problemlər yaşanır. Buna görə qiymət artımı da gözləniləndi. (cebhe.info)

Загрузка...
Загрузка...