“Çörək istehsalçılarına vergi güzəştləri tətbiq edilməlidir” - ÖZƏL

 
 
Samir Əliyev: “ƏDV uzun müddətli ləğvinə də ciddi ehtiyac var”
 
“Çörək istehsalçılarına vergi güzəştləri tətbiq edilməlidir”.
 
Bunu Politika.Az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bildirib. Ekspertin sözlərinə görə, ƏDV-nin ləğvinin uzadılması da çörəyin qiymətinin ucuzlaşmasında mühüm rol oynaya bilər:
 
“Şübhəsiz ki, vergi güzəştlərindən danışan zaman söhbət şirniyyat istehsalçılarını nəzərdə tutmuram. Burada söhbət sırf qida kimi istehsal edilən un məmulatlarından gedir. Hökumətin əlində bu kimi güzəştləri tətbiq etmək üçün imkanlar var.
 
Taxıl məhsulları üzərində ƏDV-nin ləğvi özlüyündə müsbət hadisədir. Lakin bu, qısa müddət ərzində götürülüb. Taxıl məhsulları üzərində ƏDV uzun müddət ərzində götürülməlidir. Bu, xaricdən gətirilən unun qiymətinin aşağı düşməsinə səbəb olar. Bu kimi addımların atılması bütövlükdə çörəyin qiymətinin ucuzlaşmasına müsbət təsir göstərə bilər”.