Corc Buş polislərin anım mərasimində rəqs etdi – VİDEO

ABŞ-ın sabiq prezidenti kiçik Corc Buş Dallasda (Texas ştatı) öldürülən polislərin anım mərasimində rəqs edib.
AzVision.az `The Telegraph`-a istinadən xəbər verir ki, hadisə ölkənin hərbi himni səsləndirilən zaman baş verib. Buş rəqs edərkən öz həyat yoldaşı Lora və ABŞ-ın birinci xanımı Mişel Obamanın əlindən tutub. Məlumatda qeyd olunur ki, Mişel Obama Buşun bu hərəkətindən narahat olub.Eks-prezidentin polislərin anım mərasimində rəqs etməsi sosial şəbəkələrdə rezonans doğurub.