Con Keysik Prezidentlik kampaniyasını dayandırdı

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Ohayo ştatının qubernatoru Con Keysik prezident kampaniyasına son verib. ANS PRESS-in"Reuters"ə istinadən verdiyi məlumata görə,  namizəd qərarını bugün rəsmi şəkildə elan edib.
Seçki kampaniyası ərzində C. Keysik yalnız Ohayoda 153 nümayəndə səsi toplayaraq qalib ola bilib. Namizədliyini irəli sürmək üçün lazım olan 1237 səsi toplaya bilməyən qubernator geri addım atıb.
Con Keysik
 Con Keysik Respublikaçılar partiyasında Donald Trampa rəqib olacaq sonuncu namizəd idi.  D. Tramp inşaat maqnatı və milyardlarla dollar sahibidir. Tez-tez emosianal çıxışlar edən namizəd ABŞ prezidenti Barak Obamanı açıq tənqid edir.