Con Kerri və Ancelina Colidən müsəlmanlara təbrik: ABŞ əsgəri azan oxudu – VİDEO

ABŞ-ın dövlət katibi Con Kerri və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi, məşhur aktrisa Ancelina Coli Dünya Qaçqınlar Günü münasibəti ilə biraraya gəliblər.
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kerri və aktrisa, dünya qaçqınlar günü münasibətilə müsəlman cəmiyyətinin (ADAMS) təşkil etdiyi iftar proqramında çıxış ediblər.
Aktrisa Qərb dünyasının üstün görülməsinin doğru bir fikir olmadığını, hər kəsin eyni hüquqlara malik olmasını qeyd edib: “İnsanlar bərabər doğulmuş və hər kəs bərabər hüquqlara malikdir. Bəzi insanların digərlərindən dəyərli və üstün olduğunu düşünmək demokratik ölkələrə yaraşmaz”.
Daha sonra çıxışa Con Kerri davam edib. Çıxışına “Salamu-Aleykum” deyərək, başlayan dövlət katibi Ramazan ayı münasibəti ilə bütün müsəlmanları təbrik edib.
C.Kerri qaçqınların ölkə üçün təhlükəli olmağından da danışıb: “ABŞ-a sığınan qaçqınlar ölkəmiz üçün hər hansısa bir təhlükə deyil. Bu insanların bir təhlükə olması barədə heç bir dəlil yoxdur. Mühacirlər cəmiyyətimizin içində olan hər hansı bir radikal qrupdan daha təhlükəli deyil”.
C.Kerri insanları doğulduqları ölkələrə və dini inanclarına görə ayırmağın ABŞ-ın dəyərlərinə uyğun olmadığını və şiddətlə qınadığını söyləyib.
Dövlət katibi müsəlmanlara qarşı nifrətin terrorçuların xeyrinə olmasından da danışıb: “Müsəlmanlara nifrət qusmaq, onları hədəf halına gətirmək terrorçu qrupların xeyrinə işləməkdədir. ABŞ və İslam dünyası arasında sanki bir döyüş varmış havası oyandırmağa çalışırlar və bu, doğru deyil. ABŞ müsəlmanların tam azad yaşaya biləcəyi bir ölkədir”.
Qeyd edək ki, sonda fərqli dinlərin nümayəndələrinin qatıldığı iftar proqramında, axşam azanını ABŞ ordusunun əsgərinin oxuması da diqqəti çəkib.