Con Kerri : "Türkiyə NATO-dan çıxarıla bilər"

ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Türkiyənin demokratik dəyərlərə zidd hərəkətləri ölkənin NATO-dan çıxarılmasına səbəb ola bilər.
 ANS PRESS-in "The Independent" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Con Kerri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə birgə keçirdiyi mətbuat-konfransında deyib. O həmçinin qeyd edib ki, ABŞ "Türkiyəyə seçilmiş hakimiyyətinin tərəfindədir".
 Eyni zamanda Kerri vurğulayıb ki, ABŞ Türkiyəni "demokratiya institutlarına hörməti və qanunun aliliyini ən yüksək səviyyədə saxlamağa" çağırır.
 "Biz, əlbəttə ki, çevrilişə cəhd edənlərinin qanunla cəza almasının tərəfdarıyıq, lakin biz bunun çərçivəsindən çıxılmasından narahatıq" - deyə dövlət katibi əlavə edib.
 Federika Mogerini öz növbəsində xəbərdarlıq edib ki, edam cəzasını tətbiq edən ölkələr Aİ-ə üzv ola bilməzlər. Kerri isə "NATO-nun da demokratiya hörmətə dair tələblərinin olduğunu", - qeyd edib.
 Türkiyədə hərbi çevrilişə uğursuz cəhddən sonra hərbçilərin kütləvi həbsinə başlanılıb və ölüm cəzasının bərpa edilməsi ilə bağlı təkliflər irəli sürülüb.