Con Kerri Paris müqaviləsini nəvəsi qucağında imzalayıb (VİDEO)

ABŞ dövlət katibi Con Kerri BMT-nin baş qərargahında qlobal iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasını nəvəsi qucağında imzalayıb.
 BAKU.WS məlumat verir ki, sənədi imzaladıqdan sonra o nəvəsini öpüb. Daha sonra BMT baş katibi Pan Gi Munla birlikdə xatirə fotosu çəkdirib.
 Sənədi BMT-yə üzv olan 175 ölkə imzalayıb. Sənədi imzalayanlar arasında Azərbaycan da var. Razılaşma 55 ölkənin ratifikasiya etməsindən 30 gün sonra qüvvəyə minəcək.