Con Kerri "Əl-Hürrə"yə eksklüziv müsahibə verib

Baxış sayı: 
78
0  
0  

Birləşmiş Ştatların dövlət katibi Con Kerri regionda siyası və iqtisadi dəyişikliklər etməyə çalışan Yaxın Şərq ölkələrinin işini müsbət qiymətləndirib.
Cümə axşamı Əl-Hürrə şəbəkəsinə eksklüziv müsahibə verən Kerri 66 ölkənin İslam Dövlətinə qarşı güclü koalisiyasının davamlı təşəbbüsləri nəticəsində tərəqqi əldə edildiyini vurğulayıb.
ABŞ dövlət katibi İŞİD ilə mübarizədə Səudiyyə Ərəbistanının rolunu yüksək dəyərləndirib. O, administrasiyasının səudiyyəlilərin yaraqlı qrupa şəxsi hesablardan göndərilən pulların qarşısını almaqda da yardım edəcəyinə ümid etdiyini deyib.
Con Kerri Yaxın Şərq dövlətlərinin gənc liderlərindən bəzilərinin regionda sabitliyi pozmağa cəhd edən yaraqlıların qarşısını almağa hazır olduqlarını bildirib ("Amerikanın səsi").

Загрузка...
Загрузка...