Con Kerri Brüsseldə səfərdədir

Rusiyaya səfərini başa vuran ABŞ dövlət katibi Con Kerri Brüsselə yola düşüb.
 Turaninfo.az “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, C. Kerri Avropa Komissiyasının rəhbərliyi ilə görüşlər keçirəcək. “Con Kerri Avropanın ürəyi Belçikaya dəstəyimizi bir daha təsdiqləmək üçün Yunkerlə görüşəcək. Qarşıda mühüm işlər var”, - deyə Dövlət Departamentinin sözçüsü Con Kirbi “Twitter” səhifəsində yazıb.
 Görüş zamanı terrorla mübarizə və Rusiyaya səfərin yekunları ilə bağlı müzakirələr aparılması gözlənilir.