Con Kerri: “Azərbaycanla üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var”

“Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-da salamlamaqdan məmnunluq duyuruq. Bizim hazırda üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var”.
APA-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi press-brifinqdə deyib.
O, Azərbaycana Əfqanıstandakı sülhməramlı səylərə verdiyi töhfəyə görə minnətdarlığını bildirib: “Məlumdur ki, Azərbaycan hazırda mürəkkəb regionda yerləşir. Biz Azərbaycanın həyata keçirdiyi “Cənub Qaz Dəhlizinə” dəstəyimizi bildirmişik. Bu Avropanın uzunmüddətli strateji maraqları baxımından, o cümlədən enerji resurslarının diversifikasiyası baxımından  çox böyük addımdır”.

O görüşdə terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə etdiklərini bildirib: “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ehtiyac var”.