​“Çölə çıxanda nazirə deyir ki, sizi nəzərdə tutmurdum”

 
 
Millət vəkili Siyavuş Novruzov həmkarı Qüdrət Həsənquliyevin hökumətin fəaliyyətini əvvəl tərif edib sonra tənqid etməklə bağlı səsləndirdiyi fikrə irad tutub
 
Turaninfo.Az qafqazinfo-ya istinadən xəbər verir ki, S. Novruzov qeyd edib ki, tənqidin və təklifin fəlsəfinə baxsaq, müxalifət tənqid etməlidir, iqtidar isə müdafiə etməlidir: “Amma tənqidin də bir forması olmalıdır. Tutaq ki, hökunməti tənqid edirsiniz, burda isə Səlim Müslümovu müdafiə edirsiz. Səlim Müslümov da hökumətin bir üzvüdür. Tənqid edəndə konkret sahəni tənqid etmək lazımdır. Ümumi fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir söyləyəndə bəzi şəxslər hesab edir ki, onun buna aidiyyatı yoxdur, başqasını tənqid edirlər. Və yaxud bəzi həmkarlarımız çölə çıxanda nazirə deyir ki, mən sizi nəzərdə tutmurdum. Başqa naziri nəzərdə tuturdum. O birisini də görəndə də eyni şeyi deyir. Buna görə də o sahənin düzgün olması üçün konkret ünvana sözünüzü deyin, konkret tənqid edin ki, o da öz işindən nəticə çıxarsın və gələcəkdə səhvlərə yol verməsin.
 
İstənilən adam kənd təsərrüfatına, xarici sahəyə fikri varsa o sahəyə desin. Hökumətə ünvanlamasın. Çünki hökumətin yaxşı işləyən də, yaxşı işləməyən üzvü də var. Ona görə kim pis işləyirsə, onun adını çəkin. Sabah da münasibətlərinizi o cür qurun”.

Загрузка...
Загрузка...