Cənubi Koreyalılar prezidentin istefasını tələb edir - Dostunun güdazına getdi

 
Cənubi Koreyada prezident Pak Kın Henin istefasını tələb edən yüzlərlə nümayişçi küçələrə çıxıb.
 
ATV.az-ın məlumatına görə, prezident sarayına doğru yürüş edən narazı kütlənin qarşısını kəsmək üçün əraziyə xeyli sayda polis qüvvələri cəlb olunub. Bildirilir ki, dövlət başçısı dostu Çoanın dövlətə aid gizli sənədləri ələ keçirməsi üçün şərait yaradıb. Qalmaqalın üzə çıxması xalq arasında ciddi narazılıq yaradıb.
 
Qeyd edək ki, böyük şirkətlərdən külli miqdarda pul sızdırmaqda ittiham edilən Çoanın adı vəzifəsindən sui-istifadə etmək, aldatma və digər qanun pozuntularında hallanır. Ölkə başçısı qalmaqalın üzə çıxmasından sonra hazırda ev həbsinə məhkum edilən dostuna görə xalqdan üzr istəyib.