Cənub bölgəsinə qar yağır

Cənub bölgəsinə qar yağırÖtən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır.
Turaninfo.az  report-a istinadən bildirir ki, aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.
Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzdə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qədər qar düşüb.
Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.
Rayon Fövqəladə hallar üzrə komissiyalardan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və qazın verilişində açılmaların olmadığı bildirilib.