"Cəmiyyətin siyasi şüuru yaşadığı siyasi sistemdən geridə qalırsa..."

 
 
“Bir xalqın və millətin siyasi şüur səviyyəsini və siyasi mədəniyyətini şərtləndirən bir neçə amil var. Bu amillər sırasında həmin xalqın tarixi inkişaf istiqamətləri, geopolitik mövqeyi və milli-psixoloji xüsusiyyətləri əsas rol oynayır”.
 
Bunu Moderator.az-a açıqlamasında ADP sədrinin müavini Taliyət Əliyev bildirib. Sədr müavininin fikrincə, hazırda Azərbaycan cəmiyyətinin siyasi şüur səviyyəsi Qərb ictimiayyətindən geri qalır ki, bu da bir sıra səbəblərdən qaynaqlanır:
 
“Azərbaycan xalqının son yüzilliklər boyu tarixi inkişaf istiqamətlərinə nəzər salsaq, daha çox əsarət altında olduğunu danmaq mümkün deyil. Geopolitik mövqeyimizə nəzər salsaq, Gürcüstan və Türkiyə  istisna olmaqla əsasən avtoritar tipli dövlətlərlə əhatə olunmuşuq. Milli-psixoloji xüsusiyyətlərimizdə şahsevənlik də xüsusi yer tutur. Bütün bu sadaladığım faktorlar cəmiyyətimizin siyasi şüur və siyasi mədəniyyət səviyyəsinin pozitiv istiqamətdə inkişafına mənfi təsir göstərib.
1993-cü ildən bəri ölkədə baş verən proseslər də siyasi şüurun yetərincə inkişafına şərait yaratmayıb.
Təcrübə də göstərir ki, o cəmiyyətlərin ki, siyasi şüur və siyasi mədəniyyət səviyyəsi yaşadığı siyasi sistemlərdən yüksəkdə durursa, o cəmiyyətlər həmişə inkişafda olur. Cəmiyyətin siyasi şüuru yaşadığı siyasi sistemdən geridə qalırsa, bu halda inkişafdan söhbət gedə bilməz.
Obyektiv səbəblərdən dolayı inkişafdan geri qalan cəmiyyətimizin siyasi şüur səviyyəsini Qərb cəmiyyətlərinin siyasi şüur səviyyəsi ilə eyniləşdirmək olmaz".

Загрузка...
Загрузка...