​Ciyərindən 40 il əvvəl itən oyuncaq çıxdı - FOTO

 
 
İngiltərədə həkimlər, öskürək şikayəti ilə xəstəxanaya gələn 47 yaşındakı bir adamın ciyərlərindən oyuncaq çıxarıblar.
47 yaşlı xəstə, bir ildən uzun müddətdir ki, öskürək problemi çəkdiyini deyib. Həkimlər rentgen çəkdikdən sonra, xəstənin ciyərində şiş olduğunu güman ediblər. Amma əməliyyat zamanı xəstənin ciyərindən çıxardıqları  şiş deyil, uşaq vaxtı udduğu oyuncaq oldu.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, xəstə on illər boyu heç bir sağlamlıq problemi çəkməyib, ancaq son dövrdə öskürməyə başlayıb.
 
Həkimlər oyuncağı çıxardıqdan sonra, xəstənin öskürək şikayətinin azaldığını, ciyərlərinin də əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Загрузка...
Загрузка...