​Çıroqov və Sərkisyan işi: hər iki iş uddusa, niyə qalib sayılırıq?

Çıraqov işində Ermənistanın faktiki olaraq Dağlıq Qarabağı işğal altında saxladığı qəbul olunub. Bizim üçün bu qərarın müstəsna əhəmiyyəti budur.
 
Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, “Çıraqov Ermənistana qarşı” və “Sərkisyan Azərbaycana qarşı” işlərində məbləğ eyni görünsə də, ümumilikdə bu qərarlarda Azərbaycan uduşlu çıxıb:
 
“Qarabağ konflikti ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində iki iş var idi. Bu işlərlə bağlı qərar 2015-ci ilin iyunun 16-da verilmişdi. Bu iş etiraz üzərinə təkrarən AHİM-də Böyük Palataya göndərilmişdi. Dünən AHİM-in Böyük Palatası nəhayət bu məsələ ilə bağlı son qərarını verdi. Burada “Çıraqov və başqaları Ermənistana”, “Sərkisyan və başqaları isə Azərbaycana” qarşı idi. Çıraqov işində Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları ilə bağlı iş qaldırmışdı. “Sərkisyan və başqaları” isə Sumqayıt qaçqınlarından olduğunu iddia edərək, burada evi qaldığını iddia etmişdi. Hər ikisi mülkiyyətə görə konpensasiya istəyirdi. Hər ikisinə əslində konpensasiya -1 nəfərə 5000 avro həcmində təzminat ödənməsi qəbul edildi”.
 
F.Mehdiyev qeyd edib ki, Azərbaycanın xeyrinə olan məqam ondan ibarətdir ki, Ermənistanın Dağlıq Qarabağı işğal altında saxladığı ilə dəfə olaraq beynəlxalq məhkəmə qərarında əks olundu:
 
“Belə baxanda hər iki dövlətə mülkiyyət hüququnu pozması ilə bağlı öhdəlik qoyulub. Əslində münaqişə davam etdiyi illərdə Azərbaycan AİHM-in tərəfi deyildi. Amma burada davam edən pozuntu olduğuna görə AHİM bu işə baxmışdı. Bu qərarın digər qərarlardan fərqləndirən amillər var. Buna bənzər Avropa Şurasının, Avropa İttifaqının qərarı olsa da, ancaq onlar məhkəmə qərarı deyil, sadəcə siyasi qərarlardır. Məhkəmə qərarları məhkəmə araşdırmasından sonra qəbul edilir. Yəni məhkəmə qərarları qəbul edilərkən fakt üzərində məhkəmə araşdırılması aparılır. başqa sözlə desək. Avropa Məhkəməsi araşdırma apardıqdan sonra Qarabağın işğalda olduğunu təsdiqləməklə böyük hüquqi presedent yaratmış oldu”.
 
Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət etmişdilər.

Загрузка...
Загрузка...