Cinsi orqanlarda meydana gələn qaşınma səbəbləri

Qadın və kişilərdə cinsiyyət orqanın qaşınması ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Publika.az xarici mətbuata istinadən bu yazıda cinsiyyət orqanlarında yaranan qaşınmanın səbəblərini təqdim edir:
Natəmizlik
Cisi orqanlarda meydana gələn qaşıntının ən mühüm səbəblərindən biri o bölgənin kifayət qədər təmizlənməməsidir. Xüsusilə tər və çirk kimi bədən maddələrin təbəqə halında yığılıb qalması qaşınmasının ilkin səbəbləridir.
Kandidoz göbələyi
Qadınların təxminən 60 faizi həyatlarının müəyyən dövründə kandidoz adlı göbələk xəstəliyinə tutulur. Bu göbələk adətən cinsi təmasla ortaya çıxır.
Cinsi yolla kişilərə də yoluxan xəstəlik infeksiyaya gətirb çıxara bilər. Odur ki, qaşıntıya laqeyd yanaşmayın, həkim nəzarətindən keçin.
Cinsi yolla keçən xəstəliklər
Qaşınmanın digər səbəbi İPV kimi cinsi yolla keçən daha ciddi xəstəliklər ola bilər.
İnsan papilloma virusu - İPV geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı törədən virusdur. İPV-nin müxtəlif növləri var. Müəyyən növləri genital nahiyədə, ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Əksər hallarda klinik əlamətlər olmur və ya olduqda da sağalma 1-2 il müddətində özbaşına baş verir. Xəstəliyin simptomları bir neçə ildən sonra inkişaf edə bilər və bu səbəbdən insanın yoluxma vaxtını təyin etmək çətindir.
Genital ziyillər kiçik və ya böyük ölçüdə, tək və ya qrup, yastı və ya ucu biz, yaxud gül kələmi formalarında müşahidə olunur.
Sidik yolları infeksiyası
Sidiyə gedərkən yanma, göynəmə və qaşınma hissi varsa, bu sidik yolu infeksiyasının əsas əlamətlərindən biridir. Qadınların sidik yolları xaricə çox qısa bir kanalla açılır. Bu səbəblə mikrobların daxil olması daha asandır. Xüsusilə vaginal və anal bölgədə olan enterobakteriyalar yuxarı doğru sidik kanalına və sidik kisəsinə yayıla bilirlər. Bu mikrobların sidik kisəsinə girməsinə və infeksiyaların çoxalmasına səbəb olur. Xüsusilə, bədən müqavimətinin azalması və immunitetin zəiflənməsi ilə daha tez bu simptomlarla qarşılana bilər.
Eyni zamanda, ekzema və sədəf kimi dəri xəstəlikləri də cinsi orqanda qaşınmaya səbəb olur.
Aytən

Загрузка...
Загрузка...