Çingiz xanı təhqir etdi, bir illik həbs cəzası aldı

Çinin Daxili Monqolustan muxtar vilayətinin məhkəməsi 19 yaşlı oğlanı Çingiz xanın portretini təhqir etdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edib.
 
Kult.az xəbər verir ki, məhkəmə Luo adlı şəxsin bu hərəkətində etnik nifrət və diskriminasiya olduğunu müəyyən edib.
 
Qeyd edək ki, Luonun Böyük Monqol İmperiyasının qurucusu Çingiz xanın portretini tapdalaması videosu internetdə yayılandan sonra sosial şəbəkə istifadəçilərinin və ictimaiyyətin qınağına tuş gəlib. Polisə bu barədə şikayət daxil olandan sonra müvafiq araşdırma əsasında iş məhkəməyə göndərilib. Luo məhkəmədə üzrxahlıq etsə də, həbs cəzasından canını qurtara bilməyib.

Загрузка...
Загрузка...