Çində yarım milyonluq korrupsiyaya görə edam cəzası verilir

Çində dövlət əmlakını talamaya görə tətbiq oluna biləcək edam cəzasının minimal limitini müəyyən edilib.
Turaninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, bu məbləğ 3 milyon yuanı (463 min dollar) keçərsə, məmura edam cəzası çıxarıla bilər. Bu barədə Çin xalq məhkəməsi və ali prokurorluğunun açıqlamasında deyilir. Ədliyyə orqanları məsləhət görür ki, korrupsiya cinayətləri araşdırılanda cinayətin ciddiliyi araşdırılsın.
Korrupsiya əməli bu məbləği keçərsə, yüngülləşdirici halları nəzərə almaqla edam iki il ertələnə bilər.

Загрузка...
Загрузка...