Çində 500-ə yaxın məktəbli zəhərlənib

Çinin Çzyansu əyalətində məktəblərin birində 493 şagird naməlum səbəbdən zəhərlənib. Musavat.com xəbər verir ki, bu barədə Çin dövlət kanalı məlumat yayıb.
 Məlumata görə, hadisə Çançjou şəhərində xarici dillər məktəbində baş verib. Şagirdlər özlərində zəhərlənmənin müxtəlif sindiromlarını hiss etməyə başlayıblar. Onlarda qusma, dərilərində qızartı aşkar olunub.
Mütəxəssislər məktəbin  ərazisində yeraltı suların və havanın toksin zəhərlənməsini aşkar edib. Məlum olub ki, bu rayonda əvvələr 3 kimyəvi zavod yerləşib.