​"...cinayət məsuliyyəti daşıyacaqlar" - Azərbaycandakı bank rəhbərlərinə sərt xəbərdarlıq

 
 
 
Azərbaycanda bank rəhbərləri səriştəsiz fəaliyyətə görə məsuliyyət, hətta cinayət məsuliyyəti daşıyacaqlar
 
Politika.Az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda bank konfransında bildirib.
 
O qeyd edib ki, bu məqsədlə xüsusi hüquqi platforma hazırlanıb: "Qanun layihəsi artıq hazırdır. Layihə bank menecmentləri üçün maliyyə, cinayət və inzibati məsuliyyəti nəzərdə tutur".