Çinarə Məlikzadənin eks-əri İLK DƏFƏ evliliklərindən DANIŞDI: “Təklif gəlsə...”

Baxış sayı: 
271
0  
0  

Keçmiş ər-arvad, müğənni Çinarə Məlikzadə və aktyor Əlibəy Məmmədli eyni tədbirə qatılıblar.
Publika.az xəbər verir ki, eks-cütlük qarşılaşmamaq üçün sanki gizlənpaç oynayıblar. Ə.Məmmədli tədbirə yalnız gəlsə də, Çinarənin yanında prodüseri olub.
Təlaşlı və nisbətən gərgin görünən məşhurların hər ikisinə təklif gələrsə, eyni filmdə oynayıb-oynamayacaqları barədə sual ünvanladıq. Ç.Məlikzadə “Şəxsi həyatımla bağlı suallar verməyin” deyərək, sualımızı cavabsız qoydu.
Bir neçə müddət öncə Ç.Məlikzadədən boşanan Ə.Məmmədli isə suallarımıza belə cavab verdi:
“Həyatdır, ola bilər, eyni filmdə oynaya bilərik. Bunlar şəxsi məsələlərdir. Düşmən deyilik. Hazırda danışmırıq. İnsan kimi ailə qurmuşduq, insan kimi də ayrılmışıq. Bir-birimizə kinimiz yoxdur. Münasibətimiz də normaldır. Eyni filmdə oynamaqla bağlı təklif gəlsə, qəbul etmərəm”.
Qeyd edək ki, evlilik müddətləri bir il çəkməyən cütlüyün bu nikahdan övladı yoxdur.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...