Cilalanmamış almaz 63 milyon dollara satılıb (FOTO)

Kanadanın "Lucara Mining" şirkəti "The Constellation" adlı cilalanmamış almazı 63,1 milyon dollara satıb.
Turaninfo.az "Rambler News" servisinə istinadən xəbər verir ki, 63 milyon dollar indiyə kimi cilalanmamış daş-qaş cəvahirat satışından əldə olunmuş ən böyük məbləğdir.
Almaz 2015-ci ilin payızında Botsvananın Karove yatağında aşkar edilib. Onun çəkisi 813 karatdır (162 qramm). Razılaşmanın şərtlərinə əsasən, "Lucara Mining" bundan sonra cilalanmış almazın satışından üstəlik 10 % mənfəət də əldə edəcək.
"Lucara Mining" şirkətinin digər cilalanmamış almazı 70 milyon dollara qiymətləndirilib. "Lesedi La Rona" adlı almazın çəkisi isə 1109 karatdır.