CHP və HDP-li deputatlar Ermənistanın müstəqillik bayramında - FOTO

Türkiyədə ilk dəfə olaraq Ermənstanın müstəqillik ildönümü qeyd edilib.
Publika.az xəbər verir ki, tədbiri Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində Ermənistanın daimi təmsilçisi Arsen Avakyan təşkil edib.
İstanbulun Beşiktaş səmtində yerləşən Fulya sənət mərkəzindəki tədbirdə həm Türkiyədən, həm də Ermənistandan xeyli sayda dəvətlilər olub.
Tədbirdə CHP millət vəkili, erməni əsilli Selina Doğan və HDP millət vəkili erməni əsilli Garo Paylan da iştirak edib. Müstəqillik gecəsinə Rusiya, Belarus, İran və Almanyanın İstanbuldakı diplomatik təmsilçiləri də qatılıb.
Ermənistanın daimi təmsilçisi Arsen Avakyan çıxışında 1919-cu ildən bu yana ilk dəfə Türkiyədə ölkəsinin müstəqillik bayramının qeyd edildiyini deyib.
Türkiyəli deputatlar çıxışlarında Ermənistanla əməkdaşlığın qurulmasının vacibliyini bildiriblər.

Загрузка...
Загрузка...