Cəhənnəmdə istilik nə qədərdir? – Alimlər araşdırdı

 
Alimlər cəhənnəmdə istiliyin neçə dərəcə ola biləcəyi barədə ehtimal irəli sürüblər.
 
Axar.az xəbər verir ki, insanların yalnız dini kitablardan məlumat aldığı cəhənnəm temperaturu barədə ABŞ-ın Merilənd Universitetinin alimləri tədqiqat aparıblar. Alimlərin fikrincə, cəhənnəm Yerin mərkəzində yerləşə bilər.
 
Yerin nüvəsində temperaturun neçə dərəcə olduğu hələlik dəqiq müəyyən edilməyib. Tədqiqatçıların ehtimalına görə isə bu istilik təxminən 5-6 min dərəcəyə çatır.
 
Ekspertlər hesab edir ki, bu, qara metalın əriməsi üçün kifayət edən temperaturdur.